Cey Karni istefa verdi

Cey Karni istefa verdi
  31 May 2014    Oxunub:985
Ağ Evin mətbuat xidmətinin rəhbəri Cey Karni istefa verib.
AzVision.az-ın məlumatına görə, bu barədə məlumatı ABŞ prezidenti Barak Obama şəxsən təsdiqləyib.

Bu barədə məlumatı ABŞ prezidenti Barak Obama Ağ Evdə gündəlik brifinqdə çıxışı zamanı bildirib. O, etdiyi xidmətə görə, Karniyə təşəkkür edib və onun üçün darıxacağını vurğulayıb. Prezident həmçinin yeni mətbuat xidmətinin rəhbərinin adını da açıqlayıb. Bu vəzifəyə Çoş Ernst təyin edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti