Obama və Poroşenko Varşavada görüşəcək

Obama və Poroşenko Varşavada görüşəcək
  31 May 2014    Oxunub:1013
ABŞ prezidenti Barak Obama Ukraynanın yeni seçilən prezident Pyotr Poroşenko iyunun 4-də Polşanın paytaxtı Varşavada görüşəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.

“Bizim Ukrayna xalqına dəstəyimiz müzakirə ediləcək. İqtisadi əməkdaşlıq və maliyyə dəstəyi də daxil olmaqla bizim çox geniş müzakirələr gündəliyimiz var. Təbii ki, həmçinin gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün səyləri dəstəkləyirik”, – deyə mənbə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti