Qarabağa növbəti köç haradır? - AÇIQLAMA + VİDEO

Qarabağa növbəti köç haradır?    - AÇIQLAMA + VİDEO
  06 İyun 2023    Oxunub:1177
“Ağdam rayonunun 27, Füzuli rayonunun isə 21%-i minalardan təmizlənib”.
Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə minatəmizlə işlərinə paralel olaraq, hər iki rayonda sürətli bərpa-quruculuq işləri aparılır:

“2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır. Köçürüləcək insanların məşğulluğunun təmin edilməsi prioritet istiqamətlərdəndir”.

Emin Hüseynov əlavə edib ki, həm Hadrut, həm də Tuğda bu il tikintiyə start veriləcək. O, Suqovuşanda görüləcək işlərdən də danışıb.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə yatırım edən çoxlu özəl şirkətlər var və həmin şirkətlərə dövlət tərəfindən vergi və gömrük güzəştləri tətbiq olunur.

Daha ətraflı Xəzər tv-nin süjetində:

AzVision.az



Teqlər:





Xəbər lenti