“Real” Suaresi almaq niyyətindədir

“Real” Suaresi almaq niyyətindədir
  29 May 2014    Oxunub:1816
Madridin “Real” klubu İngiltərənin “Liverpul” klubunun hücumçusu Luis suaresi heyətinə qatmaq niyyətindədir.
Bu barədə AzVision.az-ın İspaniya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Madrid təmsilçisi növbəti dəfə oyunçunun agenti ilə əlaqə yaradıb. İspaniya təmsilçisi oyunçunun transferinə görə, 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Luis Suares “Real”ın hücumçusu Krıştianu Ronaldu ilə birgə “Qızıl butsi” mükafatına layiq görülüb. Suares meydana çıxdığı 33 oyunda 31 dəfə qol vurub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti