Türkiyənin sevilən müğənnisi Bakı Konqres Mərkəzində konsert verəcək

   Türkiyənin sevilən müğənnisi   Bakı Konqres Mərkəzində konsert verəcək
  27 May 2023    Oxunub:2307
Türkiyənin məşhur ifaçısı və bəstəkarı Sıla Gençoğlu növbəti dəfə Bakıya gəlir. O, mayın 29-da paytaxtımızda pərəstişkarları üçün möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
AzVision.az xəbər verir ki, “Yan Benimle”, “Ateşle Oynama “, “Kafa “, “Vaziyetler” və digər ifaları ilə sevilən müğənni növbəti dəfə səhnə performansını nümayiş etdirəcək. 5 il sonra paytaxtımızda çıxış edəcək sənətçinin repertuarında olan mahnılar Türkiyə ilə yanaşı Azərbaycanda da sevilir və dinlənilir.

Məşhur türkiyəli müğənninin Bakı konsertinə sayılı günlər qaldı
Bakı Konqres Mərkəzində baş tutacaq möhtəşəm konserti “Anadolu Events” təşkil edir.

Qeyd edək ki, artıq sənətçinin konsertinə az sayda bilet qalıb. Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən və “ iTicket.Az” saytından onlayn əldə edə bilərsiniz.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:   Konsert   Bakı   Müğənni  





Xəbər lenti