Ermənistan Avrasiya İttifaqına iyunda qoşulacaq

Ermənistan Avrasiya İttifaqına iyunda qoşulacaq
  29 May 2014    Oxunub:958
Ermənistan bu ilin iyun ayının 15-dək Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacağını bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Aİİ-nin şurasında çıxışı zamanı Ermənistan prezidenti Serk Sarkisyan bildirib.

Sarkisyan qeyd edib ki, bu barədə müvafiq saziş artıq hazırdır və iki-üç gün ərzində yerdə qalan məsələlər üzrə müzakirələr aparmaq olar.

Qırğızıstan prezidenti Almazbek Atambayevdə onun rəhbərlik etdiyi respublikanın bu quruma qoşulacağını bildirib. Lakin prezident konkret tarix açıqlamaqdan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti