Dünyada 2-ci böyük İttifaq yaradıldı
Beləliklə də MDB məkanında ən böyük, 170 milyon əhalisi olan bir məkanı əhatə edən yeni İttifaq, iqtisadi inkişaf mərkəzinin formalaşdırılması prosesi başa çatıb.
AzVision.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya , Qazaxıstan və Belarus liderləri - Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko tərəfindən imzalanan razılaşmanın şərtlərinə əsasən, adıçəkilən üç ölkə sərhəddə məhsul, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinə zəmanət verən öhdəliklər götürürlər.
Qeyd edək ki, yeni ittifaq, Avropa İttifaqı İqtisadi Birliyindən sonra ikinci ən böyük iqtisadi qurumdur.
Hazırlanması 3 ilə yaxın vaxt aparan sənədin 900 səhifəsində miqrasiya və gömrük məhdudiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur. Bundan sonra hər 3 ölkənin vətəndaşları, İttifaq daxilində özləri üçün istənilən yerdə yaşayış üçün yer seçə, işləyə, təhsil ala, iş adamları isə heç bir maneəsiz öz biznesləri ilə məşğul ola biləcəklər.
Belə hesab olunur ki, AİB-in yaradılması iştirakçı ölkələrin hər birininə azı 15 % gəlir gətirəcək. Sənəd 2015-ci il, yanvarın 1-dən qüvvəyə minəcək.
Tərəflər artıq indidən Avrasiya ittifaqının daha da genişləndirilməsi üzrə hazırlıqlar görürlər. Qırğızıstan və Ermənistan da quruma qoşulmaq niyyətində olduqlarını bəyan ediblər və hazırlıq işlərini davam etdirirlər. Qeyd edək ki, bugünkü toplantıda Ermənistan və Qırğızıstan prezidentlərinin də iştirakı gözlənilir.
Səbinə Həsənova