İmran Xanın tərəfdarları məhkəməyə çıxarılacaq

İmran Xanın tərəfdarları məhkəməyə çıxarılacaq
  25 May 2023    Oxunub:859
Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları zorakı etiraz aksiyalarında iştirak ehtimalına görə məhkəmə qarşısına çıxarılıblar.
Bu barədə Reuters agentliyi müxalif siyasətçinin vəkilinə istinadən məlumat yayıb. Vəkil Əzhər Siddiqinin sözlərinə görə, Lahor məhkəməsi 16 mülki şübhəlinin istintaq və təhqiqat üçün hərbçilərə təhvil verilməsinə qərar verib.

İmran Xan mayın 9-da korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilərək saxlanıldıqdan sonra Pakistanda kütləvi iğtişaşlar başlayıb. Etirazçılar polislə toqquşub, maşınları yandırıb, hərbi obyektlərə hücum ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İmranXan   Pakistan  





Xəbər lenti