Ərdoğan: “Seçkilər türk demokratiyasının gücünü nümayiş etdirdi”

      Ərdoğan:    “Seçkilər türk demokratiyasının gücünü nümayiş etdirdi”
  25 May 2023    Oxunub:734
“Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində səsvermənin nəticələri ölkədə diktaturanın olması ilə bağlı iddiaları dəf edib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turu ərəfəsində deyib. “Mayın 14-də biz Türkiyə demokratiyasının gücünü sandıqlarda gördük”, - deyə o, tviter hesabında yazıb. Ərdoğan hesab edir ki, Türkiyə dünyaya nümayiş etdirdi ki, mediada dərc olunan yazılar vasitəsilə ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək.

“Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında da öz ölkələrində seçicilərin yarısını belə seçkilərdə iştirak edə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən səsvermə ölkəmizlə bağlı yalanları dağıtdı”.

Onun fikrincə, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turu xalqın uzaqgörənliyini nümayiş etdirdi: “Hansı siyasi partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanla birlikdə buna nail olduq. Ümid edirəm ki, mayın 28-dən sonra biz ölkəmizin nailiyyətlərini birlikdə irəli aparacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti