Ukrayna 106 əsir əsgərini geri qaytardı

   Ukrayna 106 əsir əsgərini geri qaytardı
  25 May 2023    Oxunub:687
Ukrayna Rusiya əsirliyindən daha 106 hərbçisini geri qaytarıb.
Bu barədə Telegram kanalında Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"Biz 106 nəfəri evə qaytardıq. Onlar Baxmut istiqamətində döyüşən əsgərlərdir. Səkkiz nəfəri zabit, 98 nəfəri isə əsgər və çavuşdur".

O, əsir düşən bütün ukraynalıların geri qaytarılacağını deyib.

"Biz bunun üzərində işləyirik. Və hər bir mübadilə bizi bu məqsədə bir addım daha yaxınlaşdırır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti