İranın Ali məhkəməsi Məhəmməd Qabadlunun tələbini rədd edib

İranın Ali məhkəməsi Məhəmməd Qabadlunun tələbini rədd edib
  25 May 2023    Oxunub:894
İranda ümummilli etiraz aksiyalarında iştiraka görə həbs olunan və haqqında edam hökmü çıxarılan Məhəmməd Qabadlunun yenidən mühakimə tələbini Ali məhkəmə təmin etməyib.
AzVision.az xəbər verir ki, bu barədə açıqlama verən Ali məhkəmənin İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru Əmir Haşimi bir ittiham üzrə vəsatət imkanının açıq qaldığını, lakin digər məqam üzrə artqı heç bir dəyişiklik gözlənilmədiyini söyləyib.

“İran məhkəmə sistemi Məhəmməd Qabadluya qarşı iki iş açıb, onlardan birində o, İran polis qüvvələrinin üzvü Fərid Kərəmpurun qəsdən öldürülməsində, digərində isə “müharibə”də ittiham olunub. Hər iki halda onun cəzası ölümdür. İşin “müharibə” ittihamı ilə yenidən baxılması barədə vəsatət hələ də açıqdır, amma etirazçının “qəsdən adam öldürmə” ittihamı ilə iş üzrə yenidən baxılması tələbi rədd edilib”, - Haşimi deyib.

Məhəmməd Qabadlunun anası Məsumə Əhmədi, öz növbəsində, İnstaqram səhifəsində xüsusi bölmənin öldürülən zabiti Fərid Kərəmpurun ailəsindən oğlunun bağışlanmasını xahiş edib.

“Ümid edirik ki, gənc şəhidinizin müqəddəsliyi ilə xəstə balamın gəncliyinə rəhm edəcək, son dərəcə mehribanlığınız və sonsuz mərhəmətinizlə övladıma yeni həyat bəxş edəcəksiniz” , - müraciətdə vurğulanır.

2000-ci il təvəllüdlü Məhəmməd Qubadlu son etirazlar zamanı saxlanılanlardan biridir və üzərinə maşın sürərək polis əməkdaşını öldürdüyü iddiası ilə edama məhkum edilib.

Bundan başqa, İranın hüquq-mühafizə orqanları siyasi məhbusların təməl hüquqlarının tapdanmasında da çəkinmirlər. Məsələn, artıq bir neçə gündür ki, Məşhədin VəkilAbad həbsxanasında olan siyasi məhbus Cavad Ləl Məhəmmədiyə telefon zəngləri etmək və ailəsi ilə görüşmək qadağası qoyulub.

“Cavad Ləl Məhəmmədiyə iki həftə ərzində telefon zəngləri və 85 gün ərzində baş çəkmək qadağan edilib. Bu qadağa cənab Lal Məhəmmədinin həbsxanadan kənarda səs faylının yayımlanmasından sonra baş verib. Artıq üçüncü dəfədir ki, bu siyasi məhbusun ziyarətinə və telefon danışıqlarına icazə verilmir”, – bununla bağlı “Hrana” insan haqları saytının dərc etdiyi xəbərdə bildirilir.

Həbsdə olmayan etirazçılara qarşı isə, siyasi və hüquqi təzyiqlər göstərilir. Belə ki, bir neçə gün əvvəl “Keyhan” qəzetinin keçmiş redaktoru, jurnalist Mehdi Nasiri SEPAH-ın Qumdakı Kəşfiyyat idarəsinə çağırılıb.

- Bu gün səhər saat 8:30-da Həmid Rəsayinin şikayətindən sonra Qum və ruhanilər üçün xüsusi məhkəmənin dördüncü şöbəsinə getdim. Məhkəmədən qayıtdıqdan sonra SEPAH-ın Kəşfiyyat təşkilatından mənə zəng gəldi və onlar məni bu təşkilatın Qumdakı ofislərindən birinə dəvət etdilər. Ofisə gələrkən məndən məqalələrimdə irəli sürülən iddiaların sənədlərini və sübutlarını gətirməyim tələb olundu”, - Nasiri deyib.

Bir daha sübut olunur ki, İrah hakimiyyəti ölkədə cərəyan edən hadisələrin mahiyyətini gizlətmək üçün son həftələr jurnalistlərə və media fəallarına təzyiqləri xeyli gücləndirərək, söz və ifadə azadlığını məhdudlaşdırmağa çalışır.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az



Teqlər: İran   məhkəmə  





Xəbər lenti