Tehran yenilənmiş ballistik raketini təqdim edib - VİDEO

Tehran yenilənmiş ballistik raketini təqdim edib    - VİDEO
  25 May 2023    Oxunub:980
İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general Məhəmməd Rza Aştiani diqqət çəkən açıqlama verib.
IRNA yazır ki, o Müdafiə Nazirliyinin "Xürrəmşəhr" ailəsinə məxsus olan “Xeybar” adlı əvvəlki modellərin təkmilləşdirilmiş ən son uzaqmənzilli strateji ballistik raketini təqdim etdiyini bəyan edib.

"Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə çalışırıq. Silahların bu cür kütləvi nümayişləri, şübhəsiz ki, gələcəkdə də davam edəcək", - Agentlik nazirin sözlərindən sitat gətirib.

Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti