Zaxarova bu suala cavab verə bilmədi - VİDEO

   Zaxarova bu suala cavab verə bilmədi -    VİDEO
  24 May 2023    Oxunub:1104
"Hazırda biz yer üzündəki vəziyyəti ölkəmizin malik olduğu vasitəçilik funksiyaları hesab edirik".
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, jurnalistlərin "İrəvan Qərblə əməkdaşlığı genişləndirməyə, Rusiya və KTMT ilə əlaqəni azaltmağa meyllidir. Rusiya Ermənistandakı hərbi bazanı tərk etmək ssenarisini nəzərdən keçirirmi?" sualını cavablandırıb.

"Biz siyasi baxımdan vəziyyəti sakitləşdirmək üçün bütün vasitələrdən istifadə edirik. Müxtəlif səviyyələrdə danışıqlar gedir. Moskvada Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşləri keçirilib.

Bu əlaqələr bütün səviyyələrdə davam edir və bu, bizim konkret işimizin mövzusudur. KTMT haqqında da bunu deyə bilərəm, bu təşkilatın öz spikerləri var, biz bu müqavilənin tərəfiyik. Və Təşkilatın fəaliyyətini effektiv və sübut olunmuş hesab edirəm. Hər bir ölkənin öz hüquqları, qiymətləndirmək imkanları var, biz bunu belə qiymətləndiririk”, - Zaxarova bildirib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: Zaxarova  





Xəbər lenti