"Yeni müharibə olsa, döyüşlər artıq ev və küçələrimizdə aparılacaq" - Erməni Politoloq

 "Yeni müharibə olsa, döyüşlər artıq ev və küçələrimizdə aparılacaq"    - Erməni Politoloq
  24 May 2023    Oxunub:1541
Erməni politoloq Ara Poqosyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, "Mamul"a verdiyi müsahibədə sülh prosesini şərh edib.
Maraqlıdır ki, Poqosyan bəzi Azərbaycan kəndlərinin hələ də işğalda saxlanılmasını müvəqqəti hal sayıb. O həmçinin İrəvanın həmin anklavları Bakıya qaytaracağı təqdirdə erməni xalqını böyük bəla gözlədiyini də vurğulayıb.

O kənd bizim kəndimizdir: Qazaxın eksklav ərazilərinə doğru irəliləyirik – FOTOLAR
“İcazə verin, sizə bir acı həqiqəti deyim. Bakıya tabe olan Paşinyan Ermənistan üçün yeni və böyük müharibənin əsasını qoydu. Bu yeni müharibə bizim üçün son dərəcə çətin vəziyyətdə dava edəcək. Xüsusən də Tavuş və Tiqranaşendəki keçmiş anklavlar təhvil verilərsə, həmin bölgələrdə olan Azərbaycan ordusu Ermənistan ərazisində istənilən nəqliyyata, hərəkətə tam nəzarət edə biləcək. Yəni elə bir hərbi infrastruktur yerləşdirəcəklər ki, hər şey əllərinin içində olacaq.

Bir sözlə, növbəti müharibə olsa artıq döyüşlər hər bir Ermənistan vətəndaşının həyətindən, küçəsindən keçəcək.

Yeni müharibə olacağı təqdirdə ordu bir tərəfdən yuxarıdakılara, öz hökumətinin xain qərarlarına qarşı, digər tərəfdən isə silahlı düşmənə qarşı vuruşacaq. Bu prosesin qarşısını almaq, rüsvayçılığın və müharibə səhifəsini "layiqli sülh” səhifəsinə çevirmək olar. Amma indiki hakimiyyət ilə Ermənistanın gələcəyi bir araya sığmır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə  





Xəbər lenti