ABŞ-dan İranın İnsan Haqları şurasında sədirliyinə sərt reaksiya
![ABŞ-dan İranın İnsan Haqları şurasında sədirliyinə sərt reaksiya ABŞ-dan İranın İnsan Haqları şurasında sədirliyinə sərt reaksiya](https://azvision.az/photos/2023/05/MİŞ-1684926291.jpg)
“Biz bu cür rollarda regional rotasiya prinsipini tanısaq da, belə bir təcrübə insan hüquqlarına və hesabatlılığa hörmətin təşviqindən üstün olmamalıdır. BMT-nin xüsusi məruzəçisi Cavid Rəhmanın son hesabatı İranda geniş yayılmış insan haqları pozuntularının, o cümlədən dövlət tərəfindən qadın və qızlara qarşı zorakılığın, dinc nümayişçilərin tez zamanda edam edilməsinin və ifadə azadlığının boğulmasının acı reallığını ortaya qoyur, İranda insanlığa qarşı cinayətlərin daha da artacağını göstərir. Bu təyinat BMT-nin insan hüquqları sistemində təcili islahatlara ehtiyac olduğunu göstərir”, - Teylor vurğulayıb.
Bir müddət əvvəl BMT-nin İnsan Haqları şurasının rəhbəri Vatslav Balek qurumun “İctimai Assambleyası”nın iki günlük iclasının noyabrda İranın nümayəndəsi Əli Bəhreyninin sədrliyi ilə keçiriləcəyini açıqlayıb. Əli Bəhreyninin təyinatı birmənalı qarşılanmayıb və mənfi reaksiyalara səbəb olub.
AzVision.az