Zəfər Partiyası Kılıçdaroğlunu dəstəkləyəcək

Zəfər Partiyası Kılıçdaroğlunu dəstəkləyəcək
  24 May 2023    Oxunub:987
Zəfər Partiyasının sədri Ümit Özdağ Türkiyədə prezident seçkilərinin ikinci turunda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıb.
Bu barədə Cümhuriyyət Xalq Partiyası ilə Zəfər Partiyası arasında protokol imzalanıb. Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Dövlətin ən ali postu uğrunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti