Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, ölkə hakimiyyəti plana qarşıdır. Bəyanata cavab olaraq Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Tokio NATO-nun hərbi-siyasi blokuna daxil olmaq niyyətində deyil. Onun sözlərinə görə, Tokio alyansın nümayəndəliyinin açılması ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Lakin mayın 10-da NATO-nun baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofisinin açılması planlarını təsdiqləmişdi. Onun sözlərinə görə, Yaponiya NATO üçün çox yaxın və vacib tərəfdaşdır.
AzVision.az