Fransanın ABŞ-dakı keçmiş səfiri: "Kiyevin Rusiyanı məğlub etməsi mümkünsüzdür"

      Fransanın ABŞ-dakı keçmiş səfiri:  "Kiyevin Rusiyanı məğlub etməsi mümkünsüzdür"
  24 May 2023    Oxunub:996
"Ukraynanın Rusiya üzərində qətiyyətli qələbəsi üçün real ssenari yoxdur".
AzVision.az xəbər verir ki, bunu Fransanın ABŞ-dakı keçmiş səfiri və Parisin BMT-dəki keçmiş daimi nümayəndəsi Jerar Haro “UnHerd”a müsahibəsində deyib .

Pentaqonun keçmiş müşaviri: "Kiyev məğlub olduğunu anlayır"
Onun sözlərinə görə, bir çox amerikalı hazırda davam edən Ukrayna müharibəsini Avropa münaqişəsi hesab edir və həmçinin ABŞ-ın Avropanı qorumaq üçün niyə bu qədər pul xərclədiyini anlamır. Aro qeyd edib ki, Bayden yenidən prezident seçilsə belə, Vaşinqton çətin ki, Ukraynaya yenidən 50 milyard dollar ayırsın.

Eks-diplomatın fikrincə, Avropa ABŞ kimi Ukraynaya dəstək verməkdə aparıcı rol oynaya bilməyəcək.
Diplomat Vaşinqtondan gələcək siyasi təhlükələri, o cümlədən Trampın 2024-cü ildə prezident seçilə biləcəyini və Amerika cəmiyyətində yaranmış süstlük, yorğunluq amillərini də xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti