Evin zindanındakı qadınlar: “Bu qaniçən hökumətə son qoyacağıq”
“Evin həbsxanasının siyasi məhbus qadınları həbsxananın həyətində son edamlara, o cümlədən Ərak həbsxanasında Səb-ül-Nəbi ittihamı ilə iki nəfərin və İsfahanda bu yaxınlarda edam edilmiş üç nəfərin edam edilməsinə etiraz olaraq mərasim keçiriblər. Bu rejimin mahiyyəti onun siyasətinə qarşı olan müxalifləri, tənqidçiləri və etirazçıları fiziki cəhətdən ortadan qaldırmaqdan ibarətdir və onun mürtəce əsasları ilk gündən müxaliflərin öldürülməsi üzərində qurulub”, - Gülrux İrayi yazıb.
Həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi keçirilən mitinqdə İran hökumətinin insanları edam etmək və öldürməklə inqilabi hərəkatın qisasını vəhşicəsinə aldığını bildirib:
“Bu günki İran 80-ci illərin İranı deyil. Əgər 80-ci illərdə edam funksiyası terror yaratmaq, avtoritar hakimiyyəti sabitləşdirmək və davam etdirmək məqsədilə həyata keçirilən müxtəlif cərəyanları yatırmaq idisə, son edamlar bunun əks funksiyasını daşıyacaq.”
AzVision.az