Almaniyada dövlət çevrilişi cəhdi işində saxlanılan şəxs Rusiya konsulu ilə əlaqədə şübhəli bilindi

Almaniyada dövlət çevrilişi cəhdi işində saxlanılan şəxs Rusiya konsulu ilə əlaqədə şübhəli bilindi
  23 May 2023    Oxunub:1114
Almaniya polisi dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Bu barədə Almaniya Baş Prokurorluğundan məlumat verilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, saxlanılanlardan biri “Reichsburger” təşkilatının idarə heyətinin tərkibində olub. Bu təşkilat isə Almaniyada monarxiya rejiminin bərpası üçün dövlət çevrilişi hazırlayır.

Saxlanılan şəxs, həmçinin Rusiyanın Almaniyadakı baş konsulu ilə əlaqədə olmaqda, eləcə də “Reichsburger”i 140 min avrodan çox məbləğdə maliyyələşdirməkdə şübhəli bilinir.

AzVision.az



Teqlər:





Xəbər lenti