Lukaşenko: "Uşaqlar, mən öləsi deyiləm"

      Lukaşenko:    "Uşaqlar, mən öləsi deyiləm"
  23 May 2023    Oxunub:1499
Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edərkən bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını vurğulayıb.
BELTA xəbər verir ki, bu barədə dövlət başçısı səhiyyənin aktual məsələlərinə dair müşavirədə danışıb.

Belarus Prezidenti adenovirusa yoluxduğunu açıqlayıb:

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus ya nə idi onun adı? Adenovirus”.

O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və “hər şey üst-üstə yığılıb”.

“Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – Lukaşenko xəbərdarlıq edib.

Xatırladaq ki, Lukaşenko mayın 9-da Moskvaya səfər etdikdən sonra bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti