Borrel: “Bir neçə ölkə ukraynalılara “F-16” təlimi keçməyə başlayıb”

   Borrel:    “Bir neçə ölkə ukraynalılara “F-16” təlimi keçməyə başlayıb”
  23 May 2023    Oxunub:1220
Bir neçə ölkə ukraynalı pilotlara “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.
Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

“F-16” pilotlarının, nəhayət, bir neçə ölkədə təlimlərə başlamasına şadam. Bu, vaxt aparacaq”, - deyə o bildirib.

Borrel təlimlərin hansı ölkələrdə keçirildiyi sualına aşağıdakı kimi cavab verib:

“Bir çoxlarında, məsələn, Polşada. Onlar artıq başlayıb”.

Aİ diplomatiyasının rəhbəri, həmçinin əlavə edib ki, “F-16” qırıcıları Ukraynanın müdafiəsini davam etdirməsi üçün mütləq lazımdır.
AzVision.az



Teqlər:





Xəbər lenti