İraqda partlayışlar: 21 ölü

İraqda partlayışlar: 21 ölü
  29 May 2014    Oxunub:1057
İraqın şimalında yerləşən Mosul şəhərində terror aktları törədilib. AzVison.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 21 nəfər ölüb.
Terrorçular şəhərin əl-Txavra və Bacab əl-Şam rayonlarında partlayıcı qurğuların quraşdırıldığı iki avtomobili işə salıb. Ölənlər arasında 10 nəfər İraq ordusunun əsgərləridir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti