"Rusiya müharibəni dayandırmağa çalışır" - Putin

   "Rusiya müharibəni dayandırmağa çalışır" -    Putin
  23 May 2023    Oxunub:1362
Moskva müharibəyə başlamayıb, ancaq xüsusi əməliyyatın köməyi ilə müharibəni dayandırmağa çalışır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərin və rəsmi şəxslərin mükafatlandırılması mərasimində deyib.

“Doqquz ildir ki, əks tərəf 9red- Ukrayna) xalqımıza qarşı müharibə aparır. Bizə deyirlər ki, Rusiya müharibəyə başlayıb. Xeyr, Rusiya ordumuzun köməyi ilə xalqımıza qarşı bu müharibəni dayandırmağa çalışır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti