Britaniya polisi şahzadə Harrini qorumayacaq

   Britaniya polisi şahzadə Harrini qorumayacaq
  23 May 2023    Oxunub:1010
Kral III Çarlzın oğlu Şahzadə Harri Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə qarşı məhkəmədə uduzub.
Bu barədə “Reuters” London Ali Məhkəməsinin qərarına istinadən məlumat yayıb. Qeyd edək ki, 2020-ci ildə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi krallıqda qaldıqları müddətdə Şahzadə Harri, arvadı Meqan Markl və iki uşağına lazımi qoruma verməkdən imtina edib. Nazirlik bildirib ki, polis yalnız müəyyən vəsait müqabilində onların mühafizəsini təmin edə bilər.

Qərarda deyilir ki, Susseks hersoqu və hersoginyası rəsmi vəzifələri yerinə yetirməkdən imtina etdikdən və kral statusunu itirdikdən sonra məhkəmə müvafiq qərarı verib. Odur ki, hakim Martin Çemberlen şahzadə Harriyə məhkəmə baxışı üçün müraciət etmək icazəsini rədd edib.

2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur amerikalı aparıcı Opre Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə ABŞ-da yaşayır.


AzVision.az


Teqlər:





Xəbər lenti