NATO baş katibinin xüsusi nümayəndəsi Mirzoyanla görüşüb

NATO baş katibinin xüsusi nümayəndəsi Mirzoyanla görüşüb
  23 May 2023    Oxunub:1434
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini, həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Mirzoyan  





Xəbər lenti