Müəllim və şagirdlərin zəhərlənməsinin səbəbi bəlli oldu - YENİLƏNİB

   Müəllim və şagirdlərin zəhərlənməsinin səbəbi bəlli oldu -  YENİLƏNİB
  23 May 2023    Oxunub:1634
Şəkidə qeydə alınan hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə .AzVision.az-a AQTA-dan məlumat evrilib. Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***
Şəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

AzVision.az xəbər verir ki, açıqlamada deyilir:

Şəkidə 24 şagird və 3 müəllim zəhərləndi
“Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti