"Azərbaycanın 86,6 min kv.km ərazisinə Qarabağ da daxildir" - Paşinyan |
"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə münaqişənin həllinə rəsmi razılıq verən yeganə Ermənistan lideri Robert Köçəryan olub. O, 1998-ci ildə ümumi dövlət planını qeyd-şərtsiz qəbul edib. Bununla belə, ədalət naminə qeyd etmək lazımdır ki, Köçəryanın razılaşdığı proqram Nikol Paşinyanın razılaşdığı fəlakətli Qarabağ planı ilə müqayisə olunmur.
Paşinyanın razılığına əsasən Qarabağda bütün rəhbərliyi, o cümlədən prokurorluq və polisi Bakı təyin edəcək.
Təfərrüatlar məlum olanda onun biabırçı qərarının doğuracağı fəsadlardan qorxur. Ona görə də Paşinyan, yenə də yayınır, verdiyi qərara görə məsuliyyəti ölkənin keçmiş rəhbərlərinin üzərinə atmağa çalışır",- deyə o bildirirb.
"Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb" - Mirzoyan
Şahanə Rəhimli
AzVision.az