Sisi seçkilərdə qalib gəldi

Sisi seçkilərdə qalib gəldi
  29 May 2014    Oxunub:966
İlkin hesablamalara görə, Misirdə keçirilən prezident seçkilərində sabiq müdafiə naziri Abdel Fəttah əs-Sisi böyük üstünlüklə qalib gəlib.
Bu barədə AzVision.az Ərəb KİV-nə istinadən xəbər verib.

İlkin məlumatlara əsasən, Sisi seçicilərin 90 faizindən çoxunun səsini toplaya bilib. Lakin bir çox siyasi qurum seçkiləri boykot etdiyindən seçici fəallığı 45 faizdən aşağı olub. Misirdə prezident seçkiləri iki gün ərzində keçirilməli idi. Lakin seçici fəallığı aşağı olduğundan seçkilərin müddəti bir gün uzadıldı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti