Putin Qazaxıstana gedib

Putin Qazaxıstana gedib
  29 May 2014    Oxunub:1010
Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada səfərdədir. AzVision.az-ın məlumatına görə, o, burada Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak edəcək.
İclasın yekunlarına əsasən Avrasiya İqtisadi Şurası haqqında saziş imzalayacaq. Sənədin Rusiya, Belarus və Qazaxıstan parlamentləri tərəfindən təsdiqlənəndən sonra 2015-ci ilin yanvarın birindən Avrasiya Şurası öz fəaliyyətinə başlayacaq.

Astanada Rusiya prezidenti Qazaxıstanlı həmkarı Nursultan Nazarbəyovla da ikitərəfli danışıqlar aparacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti