“Ukrayna taxıl bazarından sıxışdırılacaq” – Ekspert

“Ukrayna taxıl bazarından sıxışdırılacaq” –    Ekspert
  15 May 2023    Oxunub:1658
“Taxıl dəhlizi, şübhəsiz ki, Ukraynaya kənd təsərrüfatı məhsulları başqa ölkələrə satmaq imkanı verməklə mühüm rol oynayıb və oynayır. Bundan başqa, Afrika və Yaxın Şərqin bir çox ölkələrində aclığın qarşısını alıb”.
Bu sözləri AzVision.az -a müsahibəsində ukraynalı şərqşünas, türkoloq Qriqori Mavrov deyib. O xatırladıb ki, BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən 38 ölkədə 44 milyon insan “ifrat aclıqla” üzləşib. Ona görə də, taxıl dəhlizi sözün həqiqi mənasında milyonlarla insanı aclıqdan xilas edib.
Ukraynanın nə qədər nadir metallar ehtiyatı var?

- Taxıl ixrac edən ölkələr arasında Ukraynanın aparıcı rolunu qoruyub saxlamasına gəlincə, burada hər şey çox mürəkkəbdir.- Mavrov bildirib.- Məsələ burasındadır ki, 2022-ci il fevralın 24-də müharibə başlayana qədər Ukrayna Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonrakı dövrlə müqayisədə təxminən üç dəfə çox ərzaq ixrac edirdi. Aydındır ki, bunun yerini tədricən kimsə dolduracaq, çünki biznes biznesdir və görünür, Ukraynanın mövqeləri bu bazarda əhəmiyyətli dərəcədə sıxışdırılacaq və şübhəsiz ki, bu, Ukraynanın özündə kənd təsərrüfatı istehsalçılarına ciddi təsir göstərəcək.

Qafqaz Ömərov
AzVision.az




Teqlər: Ukrayna   Taxıl  





Xəbər lenti