Kuçma: “Krımı qaytara bilməyəcəyik”

Kuçma: “Krımı qaytara bilməyəcəyik”
  28 May 2014    Oxunub:1383
Ukraynanın sabiq prezidenti Leonid Kuçma hesab edir ki, rəsmi Kiyev Krımı geri qaytara bilməyəcək.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Prezidentlik müddətimin başa çatdığı zaman mən Ukraynanı Kuçmasız görmək istədiyimi demişdim. Onda həmin vaxt belə bir hərəkat populyar idi. Biz indi də bu hərəkatı görürük. Biz artıq Krımı itirmişik və onu geri qaytarmaq real deyil. Rusiya üçün artıq geri qayıtmağa yol yoxdur. O, heç vaxt Krımı geri qaytarmayacaq. Hazırda faktiki olaraq Donbas regionunda müharibə gedir. Yeni prezidentin əsas hədəfi Donetsk və Luqansk vilayətlərini Ukraynanın tərkibində saxlamaq olaracaq”, - deyə Kuçma bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti