Qocalar evində yanğın: 20 ölü – VİDEO

Qocalar evində yanğın: 20 ölü – VİDEO
  28 May 2014    Oxunub:926
Cənubi Koreyada qocalar evində yanğın baş verib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 21 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yanğın yerli vaxtla səhər saatlarında baş verib. Yanğınsöndürənlər 30 dəqiqə ərzində yanğını söndürə bilər. Yanğın zamanı binada 71 nəfər olub. Xəsarət alanların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti