Mövləvi Əbdül Həmid: “Millət azad seçkilər istəyir”
“İran xalqı bu qənaətə gəlib ki, istər parlament seçkilərində, istər prezident seçkilərində, istərsə də rəhbərlik ekspertlərinin seçkilərində seçki prosesi ölkəni zəiflədib və zəif rəhbərlər seçilib. Millət azad seçki istəyir. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəzi hökumət KİV-lərinin reklamları millətin istəyinə uyğun deyil” - Əbdül Həmid vurğulayıb.
İran sünnilərinin din xadiminin narahatlığı heç də əbəs deyil. Belə ki, son həftələrdə İranda hökumətin nəzarət etdiyi bəzi media resursları öz xəbərləri ilə seçkilərlə bağlı vəziyyəti hakim rejimin xeyrinə qızışdırmağa çalışırlar.
AzVision.az