İsveç parlamenti “SEPAH”-ın Aİ-nin terror qrupları siyahısına salınmasını dəstəkləyib

   İsveç parlamenti “SEPAH”-ın Aİ-nin terror qrupları siyahısına salınmasını dəstəkləyib
  11 May 2023    Oxunub:1799
İsveç parlamentinin üzvləri Xarici əlaqələr komitəsindən olan həmkarlarının ölkə hökumətindən SEPAH-ın adının terrorçu qruplar siyahısına daxil olunması üçün Avropa İttifaqından konsensus almasını tələb edən planı təsdiqləyiblər.
AzVision.az xəbər verir ki, bu barədə barədə məlumat yayan “İran İnternational” xəbər agentliyi planın mayın 10-da keçirilən səsvermədə təsdiqləndiyini yazıb.

Səsvermədən sonra bütün parlament üzvlərinin SEPAH-ı terrorçu adlandırmaq üçün müsbət səs verməsini tarixi hadisə adlandıran deputat Markus Vikel bütün SEPAH-ı terrorçu öz tvitində yazıb: “İndi biz İranda zülmü dayandırmaq və İran xalqının əsas azadlıq hüququnu təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, səsvermədə İsveç parlamentində iştirak edən səkkiz partiyadan və 349 deputatdan heç biri bu plana qarşı çıxmayıb.

AzVision.az


Teqlər: İsveç   İran  





Xəbər lenti