Sarkisyan Türkiyə prezidentini Ermənistana dəvət etdi

Sarkisyan Türkiyə prezidentini Ermənistana dəvət etdi
  27 May 2014    Oxunub:1017
Ermənistan prezidenti Serj Sarkisyan türkiyəli həmkarını 24 aprel 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlərə dəvət edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən bildirib.

“Bu il keçiriləcək prezident seçkilərində qalib gələcək Türkiyə prezidentini 24 aprel 2015-ci ildə Ermənistana səfərə dəvət edərək, onu “soyqırım” tarixinin reallıqları ilə üz-üzə dayanmağa səsləyirəm”, - deyə Ermənistan prezidenti çıxışı zamanı bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti