"Qafqaz regionunda gərginlik "3+3" formatında həll edilə bilər" - Abdollahian

   "Qafqaz regionunda gərginlik "3+3" formatında həll edilə bilər" -    Abdollahian
  29 Mart 2023    Oxunub:1172
Qafqaz regionunda gərginlik Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də onlara ən yaxın üç dövlət-Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan “3+3” formatı çərçivəsində həll edilə bilər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib.

“Əlbəttə ki, regiondakı problemləri “3+3” formatı, eləcə də mövcud mexanizmlər vasitəsilə gücə əl atmadan həll etməliyik”, - deyə, Abdollahian, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin Qafqaz regionunun iqtisadi imkanlarının inkişafı üçün davamlı sülh və təhlükəsizliyə doğru birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti