MKİ-nin keçmiş müşaviri: "ABŞ geosiyasi pokerdə Moskva və Pekinə uduzur"

      MKİ-nin keçmiş müşaviri:    "ABŞ geosiyasi pokerdə Moskva və Pekinə uduzur"
  29 Mart 2023    Oxunub:776
"Vaşinqton geosiyasi pokerdə Moskva və Pekinə uduzur". AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards deyib.
O, “Daily Reckoning” nəşrinə yazdığı məqalədə Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında Moskvada baş tutan görüşü xatırladıb. Əslində dövlət başçıları arasında yüksək səviyyəli təmaslar qeyri-adi hal sayılmır. Lakin bu, yüksək səviyyəli görüşdən də fərqli bir şey olub.

"Bu, bir növ ABŞ-ı arxa plana keçirən yeni dünya düzəninin şərəfinə qurulmuş "ziyafət" idi", - Rikards yazıb.

Müəllif qeyd edir ki, hazırda dünyada yalnız üç super güc var ki, bunlar da ABŞ, Çin və Rusiyadır. İstənilən üçtərəfli rəqabətdə iki tərəfin üçüncü tərəfi məğlub etmək üçün birlikdə işləməsi xüsusi məna kəsb edir. Moskva və Pekin də məhz bununla məşğuldur.

"Poker oyunçularının köhnə bir deyimi var: əgər stol arxasında otursan və kimin "luzer" (uduzan tərəf-red.) olduğunu bilmirsənsə, deməli, elə məğlub sənsən", - keçmiş MKİ müşaviri yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Çin  





Xəbər lenti