Fazil Mustafa KTM-dən başqa hospitala köçürüldü

   Fazil Mustafa KTM-dən başqa hospitala köçürüldü
  29 Mart 2023    Oxunub:821
Evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa əməliyyatdan çıxıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AzVision.az -a verilən məlumata görə, əməliyyat yekunlaşdıqdan sonra deputat Kliniki Tibbi Mərkəzdən köçürülüb.

Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti