Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib
![Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib](https://azvision.az/photos/2023/03/1680025536.jpg)
“Mossad”ın bəyanatında deyilir ki, iranlı terrorçular Yunanıstandakı yəhudiləri hədəf alıblar. Onların digər ölkələrdə də İsrail nümayəndəliklərinə qarşı terror aktları törətmək planları var. “Mossad”, eyni zamanda, İranın Yunanıstandakı terror şəbəkəsi ilə qlobal terror əməliyyatları arasında əlaqəni müəyyən etməyə də kömək edib. Biz tərəfdaşlarımızla birlikdə İranın dünyada sabitliyə zərbə vurmaq niyyətinin qarşısını almaq istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik”, - deyə bəyanatda bildirilir.
“The Jerusalem Post” bildirib ki, İranın terror şəbəkəsi Afinadakı yəhudi sinaqoquna hücum planı hazırlayıb. Bu sinaqoq Yunanıstan paytaxtının mərkəzində yerləşir və eyni zamanda, restoran kimi də fəaliyyət göstərir. Yunan mətbuatının yazdığına görə, terror hücumunu İranda təlim keçmiş və pulla ələ alınmış əcnəbi terrorçular həyata keçirəcəkmiş. “Katimerini” qəzeti yazır ki, terrorçular odlu silah tapa bilmədiyindən, sinaqoqa qaz balonu ilə hücum etməyi planlaşdırıblar.
AzVision.az