İranın hərbi təyyarəsi Zəngilan istiqamətində təxribatçı uçuşlar aparıb |
Bu arada SEPAH-ın da Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplaması barədə məlumatlar yayılıb. “Azad İran” “Telegram” kanalı İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edib.
Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran Ermənistanla təkcə siyasi sferada deyil, iqtisadi sahədə də əməkdaşlıqları xeyli gücləndirib. Bu da azmış kimi Tehran Azərbaycanla sərhəddə xeyli sayda hərbi təlimlər keçirir, Ermənistana qarşı hərbi güc tətbiq ediləcəyi təqdirdə İrəvanı tək qoymayacaqlarını bəyan edir.
Tural Tağıyev
AzVision.az