27 polis əsir götürülüb
Ölkənin daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, taliblərin hücumu zamanı polislər mağaradan gizlənib. Taliblər onların yerini müəyyənləşdirərək onları əsir götürüb. Onların axtarışlarına başlanılsa da, hələlik polisləri tapmaq mümkün olmayıb. Artıq taliblər hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanın paytaxtı Kabildə ölkənin ictimai işlər üzrə nazirinin müavini Əhməd Şah Vahid də yaraqlılar tərəfindən qaçırılıb.
Eldar Tanrıverdiyev
AzVision.az