"Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər" - Aİ
!["Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər" - Aİ "Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər" - Aİ](https://azvision.az/photos/2023/03/1679305988.jpg)
“Əgər bu gün nazirlər mənim təklif etdiyim 2 milyard avroluq üç mərhələli plan üzrə razılığa gəlməsələr, bu, Ukraynaya silah tədarükü üçün problem yaradacaq”, - Borrell bildirib.
O əlavə edib ki, Aİ ölkələri Ukraynaya sursatları tez və böyük miqdarda göndərməlidirlər. Borrell ümid edir ki, nazirlər razılığa gələ biləcəklər.
Qeyd edək ki, Aİ ölkələri Ukraynanın bir il ərzində 1 milyon artilleriya mərmisi alması ilə bağlı razılaşma əldə etmək niyyətindədir.
AzVision.az
Teqlər: