Çin lideri Rusiyada: Putinlə görüşəcək

   Çin lideri Rusiyada:    Putinlə görüşəcək
  20 Mart 2023    Oxunub:1121
Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiya səfəri başlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin günortadan sonra ünsiyyətə başlayacaqlar.

O qeyd edib ki, liderlər arasında təkbətək görüş olacaq və söhbət qeyri-rəsmi naharda davam edəcək. "Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi əlavə edib.

Qeyd edək ki, Çin liderinin səfəri martın 22-də başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti