"Kiyev məğlub olarsa, Polşa Rusiya ilə münaqişəyə girməli olacaq". Bunu LCI telekanalına müsahibəsində Polşanın Fransadakı səfiri Yan Emerik Rotsişevski deyib.
“Əgər Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, biz bu münaqişəyə girməli olacağıq. Çünki fundamental dəyərlərimiz təhlükə altına düşəcək, deməli, bizim seçimimiz olmayacaq”, - polşalı diplomat bildirib.