İlham Əliyev: "Avropa məkanına təbii qaz ixracımız ildən-ilə artır"

      İlham Əliyev:    "Avropa məkanına təbii qaz ixracımız ildən-ilə artır"
  14 Mart 2023    Oxunub:966
"Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və bu rəqəmlər ildən-ilə artır".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın ən azı 10 ölkəsindən sifarişlər, təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da artıq qaz təchiz etdiyimiz ölkələrdə qazın həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qaz Avropa məkanına çatdırmağı planlaşdırırıq”, - dövlət başçısı bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti