“NATO qoşunları artırılmalıdır” – Prezidentlər

“NATO qoşunları artırılmalıdır” – Prezidentlər
  21 May 2014    Oxunub:1079
Litva və Estoniya Baltikyanı regionda NATO qoşunlarının sayının artırılmasını istəyir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Estoniyanın baş naziri Taavi Rıyvas Vilnüsdə Litva prezidenti Dalya Qribauskayte ilə görüşüb. Görüş zamanı tərəflər sentyabrda keçiriləcək NATO sammitinə hazırlıqlarda daxil olmaqla bır sıra məsələlər müzakirə olunub.

“Litva və Estoniya birgə səylərlə NATO-nun regionda iştirakının genişləndirilməsinə, alyansın daha çox hərbi təlimlər keçirməsinə səy göstərəcəklər”, -deyə prezidentlərin görüşünün yekunlarına dair yayılan məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti