Berluskoni avropalılara ağılsız dedi
İtaliyanın “La 7” telekanalında çıxış edən Berluskoni bildirib: “Kiyev borclanmağa davam edir, onun mavi qaz müqabilində vəsait ödəməyə pulu yoxdur. Ölkədə demokratiya ilə əlaqəsi olmayan proseslər baş verir. Belə bir fikir mövcuddur ki, hakimiyyət təhlükəli nasistlərin əlində cəmləşib”.
“Krımda xalq öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək referendum keçirib”, - deyə Berluskoni bildirib.
Sabiq baş nazir Qərb ölkələrinin Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı sərgilədiyi mövqeyi pisləyib: “Bizim ölkələrimiz soyuq müharibəni unudaraq Putinə yaxın olan ayrı-ayrı Rusiya vətəndaşlarına hücum etməyə başladılar. Çox ciddi səhvdir. “G8” görüşünü keçirmək lazım idi, lakin onlar bunu etmədilər. Ağısız qərardır”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: