Öz yük maşını ilə Azərbaycandan Malatyaya dərman apardı
![Öz yük maşını ilə Azərbaycandan Malatyaya dərman apardı Öz yük maşını ilə Azərbaycandan Malatyaya dərman apardı](https://azvision.az/photos/2023/02/1677068594.jpg)
Eldar Hallov zəlzələ ilə bağlı xəbərlərə televizorda baxdıqdan sonra rəsmi qurumlara könüllü müraciət edib.
"Ailələr və uşaqlar üçün çətin anlar idi. Mən də kömək etmək istədim. Yük maşınım var. Könüllü oldum. Dərmanları alaraq 48 saata bura gətirdim. Çətinliklərə baxmayaraq gecə-gündüz dayanmadan maşın sürdüm ki, tez çatım. Azərbaycandan hər kəs bura gəlib, kömək etmək istəyir", deyə Hallov TRT Avaz"a müsahibəsində deyib.
Battalqazi Dövlət Xəstəxanasının İnzibati və Maliyyə İşləri Müdiri Özal Erken Dəmir hər zaman iki dövlət, bir millət olduqlarını ifadə edərək, Hallova və Azərbaycan xalqına təşəkkür edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: