"Qocalanda rahat yaşamaq üçün 3-5 milyon dollar lazımdır" - İnvestorlar

  "Qocalanda rahat yaşamaq üçün 3-5 milyon dollar lazımdır" -    İnvestorlar
  22 Fevral 2023    Oxunub:1298
Pensiya dövründə rahat bir həyat yaşamaq üçün 3-5 milyon dollar məbləğində vəsait lazımdır.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg MLIV Pulse" layihəsi çərçivəsində keçirilən sorğuda iştirak edən investorların 66 faizi belə cavab verib.

Nəşrin məlumatına görə, bu fikri Afrika, Avstraliya və Okeaniyadan olan investorların 50%-i, eləcə də Cənubi Amerikadakı investorların 33%-i və Şimali Amerikadakı investorların 31%-i deyib.

Respondentlərin üçüncü hissəsi - 30%-i bunun üçün 5 milyon dollardan çox vəsait lazım olduğunu deyib. Bu məbləği Şimali Amerikadakı investorların 42%-i, Asiyadakıların isə 35%-i rahat həyat üçün məqbul hesab edib.

Bəzi sorğu iştirakçıları isə 5-20 milyon dolları pensiya yaşını yaxşı keçirmək üçün uyğun məbləğ adlandırıb.

Şimali Amerika, Avropa və Asiyadakı investorların təxminən 3%-i 1 milyon dollardan az olan əmanətləri pensiya üçün rahat hesab edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti